Dimitri Payeti vuran fanatın cəzası nə oldu?

Dimitri Payeti vuran fanatın cəzası nə oldu?

Kütləvi dava zamanı "Marsel"in futbolçusu Dimitri Payeti vuran "Nitsa" azarkeşi 1 il müddətinə şərti həbs cəzası alıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "RMC Sport" yayıb.

Mənbə prokurorun dəmir barmaqlılar arasına göndərmək istədiyi azarkeşin vəkilinin sayəsində şərti cəza aldığını vurğulayıb. 28 yaşlı tərəfdarın 5 il stadionlara buraxılmayacağı da bildirilib. O, müntəzəm olaraq polis bölməsinə baş çəkməlidir.

Xatırladaq ki, Liqa 1-in 3-cü turu çərçivəsində keçirilən "Nitsa" - "Marsel" oyunun sonlarında futbol adına üzücü olay yaşanmışdı. Meydan sahibləri 1:0 hesabıyla öndə olduğu halda, yerli fanatlar rəqib oyunçuları butulka atəşinə tutmuşdu. Onlardan biri Payetin dəymiş, yarımmüdafiəçi su qabını geri tullayınca ara qarışmış və azarkeşlər meydana axışaraq futbolçulara hücum çəkmişdi. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər