Dimitri Payet bu mövsüm daha oynamayacaq

Dimitri Payet bu mövsüm daha oynamayacaq

"Marsel"in yarımmüdafiəçisi Dimitri Payet zədə səbəbindən mövsümün qalan hissəsini buraxacağını bildirib.

Fanat.Az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkələrdə məlumat yayıb.

“Təəssüf ki, bu mövsüm bir daha oynaya bilməyəcəm. Hazırda mənim üçün ən çətini mövsümün son hissəsində komanda yoldaşlarıma kömək edə bilməməyimdir”, - deyə Payet yazıb.

Fransalı futbolçu Konfrans Liqasının 1/2 final mərhələsinin "Feyenoord"la cavab oyununda (0:0) ilk yarıda baldır əzələsini zədələyib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər