Dieqo Maradona komandadan təcrid edildi - SON DURUM

Dieqo Maradona komandadan təcrid edildi - SON DURUM
Argentina təmsilçisi "Ximnasiya və Esqrima”nın baş məşqçisi Dieqo Maradona komandadan təcrid edilib.
Fanat.Az xəbər verir ki, bunu klubun tibb şöbəsinə rəhbərlik edən Flavio Tunessi deyib.
 
"Radio Provincia”ya açıqlama verən Tunessi bunları söyləyib: "Təhlükəsizlik tədbirləri vacibdi. Maradonanın səhhəti ilə bağlı risk edə bilməzdik. O, komandadan təcrid olunub. Hazırda birinci mərtəbədəki otaqdadı”.
Qeyd edək ki, uzun müddət narkotik vasitələrdən istifadə edən veteran superulduzun səhhətində problemlər var. 59 yaşlı çalışdırıcı son vaxtlar sağlıq durumundan davamlı şəkildə şikayətlənir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər