Dieqo Kostanın yeni klubu bilindi

Dieqo Kostanın yeni klubu bilindi

Ulduz futbolçu Dieqo Kostanın karyerasını harada davam etdirəcəyi məlum olub. 

Fanat.Az xəbər verib ki, təcrübəli hücumçu özünə yeni klub tapıb.

"Botafoqo" rəsmi saytında hücumçu ilə müqavilə imzaladığını açıqlayıb. Tərəflər ilin sonuna qədər müqavilə barədə razılığa gəliblər.

Kosta baziliyalılara pulsuz başa gəlib. İyul ayında o, "Vulverhempton"dan azad agent kimi ayrılıb.

34 yaşlı hücumçu ötən mövsüm bütün turnirlərdə 25 oyuna çıxıb və 1 qol vurub. Braziliyada o, əvvəllər “Atletiko Mineiro”da çıxış edib.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər