Dibaladan Ronalduya: "Argentinada sənə nifrət edirik"

Dibaladan Ronalduya: "Argentinada sənə nifrət edirik"
"Yuventus"un hücumameyilli yarımmüdafiəçisi Paulo Dibala Argentina Futbol Assosiasiyasının mətbuat xidmətinə verdiyi müsahibədə maraqlı məqamlara toxunub.
Fanat.Az xəbər verir ki, Dibala komanda yoldaşı Kriştianu Ronalduya Argentinada sevilmədiyini dediyini etiraf edib. Argentinalı futbolçu portuqaliyalı ulduzu tanıdıqdan sonra onun barəsindəki fikirlərinin dəyişdiyini də gizlətməyib:
"Kriştianuya demişdim: "Kriştianu, Argentinada sənə nifrət edirik - duruşuna, yeriməyinə, xarakterinə, bir sözlə, hər şeyinə". Amma o, məni təəccübləndirdi. Ronaldunu tanıdıqdan sonra tamamilə fərqli biri olduğunu anladım".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər