Di Mariya yenə soyğuna məruz qaldı

Di Mariya yenə soyğuna məruz qaldı

"Yuventus"un vingeri Anxel Di Mariya növbəti dəfə soyğuna məruz qalıb.

Fanat.Az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, bu dəfə soyğuna cəhd baş tutmayıb.

Hadisə zamanı argentinalı futbolçunun komanda yoldaşı və qonşusu Duşan Vlahoviç də onun evində olub. Üç oğru onun evinə soxulmağa cəhd edib. Bu zaman təhlükəsizlik siqnalı işə düşüb. Di Mariya dərhal polisə məlumat verib. Hadisə yerinə gələn polis oğrulardan birini təqib edərək yaxalayıb.  

Qeyd edək ki, 34 yaşlı futbolçu 2021-ci ilin mart ayında Parisdə ailəsi ilə birlikdə "Nant" - PSJ oyununda olarkən quldurların qurbanı olmuşdu.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər