Destin gələcəyi sual altındadır

Destin gələcəyi sual altındadır

"Barselona" futbolçusu Serjinyo Destin gələcəyi ilə bağlı düşünür. 

Fanat.Az xəbər verir ki, Kataloniya klubu müdafiəçisi gələn mövsüm üçün komandada saxlamağı planlaşdırır. 

Bu barədə "Mundo Deportivo" məlumat yayıb. 

Əslində La Liqa təmsilçisi amerikalı futbolçunu bu yay satmağı planlaşdırırdı. Lakin ABŞ millisinin 22 yaşlı üzvünə elçi çıxmadı. Bir tək "Union" Dest üçün irəli atıldı. Bu klubla da anlaşma əldə olunmur. Bu səbəbdən "Barselona" Serjinyonun komandada qalmasına qərar verib. 

Qeyd edək ki,  Serjinyo Dest 2020-ci ildən "Barselona"nın üzvüdür. O, son mövsümü icarə əsasında "Milan"da keçirib. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər