Deşam dramatik qələbəni belə şərh etdi

Deşam dramatik qələbəni belə şərh etdi

Fransa millisinin baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasının yarımfinalında Belçika üzərində qazandıqları 3:2 hesablı dramatik qələbəni şərh edib.

Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, mütəxəssis belə danışıb:

"İlk yarıdan razı deyildik. Düzdür, fasiləyə qədər də qol vəziyyətlərimiz oldu. Amma rəqib ustalıq səviyyəsini inamla göstərdi. Oyunun gedişini nəzərə alsaq, bu qələbə bizim gücmüzdən xəbər verir. Əlbəttə, finala çıxmaq istəyirdik. Bərpa olunmaq üçün İspaniya yığmasından bir gün az vaxtımız olacaq".

Qeyd edək ki, fasiləyə iki top geridə yollanan "xoruzlar" ikinci hissədə parlaq geridönüşlə finala yüksələrək İspaniyaya rəqib olub. Həlledici qarşılaşma 10 oktyabr tarixində, Milandakı "San Siro" stadionunda keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər