Derbidə 6 qol: "Fənər" ikinci yarıda "yandı" - VİDEO

Derbidə 6 qol: "Fənər" ikinci yarıda "yandı" - VİDEO

Türkiyə Super Liqasında XXIII tur yekunlaşıb.

Fanat.Az-ın məlumatına görə, turun son matçı İstanbulda oynanılıb.

 

"Beşiktaş” bu mövsüm özünə bənzəməyən "Fənərbaxça”nı qəbul edib.

 

"Qartallar" ilk yarıda 3 top vursa da, "Fənər" derbidə inanılmaz geri dönüşə imza atıb. "Bülbüllər” ikinci yarıda "oxumağa başlayıb". 67-ci dəqiqəyə qədər bütün qolların əvəzini çıxan qonaqlar stadiona toplaşanlara futbol adına gözəl anlar yaşadıb.

 

Qeyd edək ki, hazırda 23 oyundan sonra aktivində 40 xal olan "Beşiktaş” turnir cədvəlinin 3-cü, "Fənərbaxça” isə 25 xalla 14-cü pillədə qərarlaşıb.

 

Türkiyə Super Liqası

XXIII tur

Beşiktaş – Fənərbaxça 3:3

Qollar: Gökhan Gönül, 10, Burak Yılmaz, 18, 45+2 – Zayç, 55, Sadık Çiftpınar, 61, Hasan Ali Kaldırım, 67. 

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər