37 yaşlı ingilis müdafiəçi Con Terri Moskva "Spartak”ında oynamağa çox yaxındı.
Fanat.Az xəbər verir ki, ötən mövsümün sonunda "Aston Villa”dan ayrılaraq azad agentə çevrilən "dəmir adam” butslarını mıxdan asmaqdansa, Rusiyada yeni macəra axtarışına çıxmağı üstün tutub.
Hazırda futbolçu tibbi baxışdan keçir.
Qeyd edək ki, 1998-2017 aralığında "Çelsi”nin uğurları üçün çalışan Terri 2012-ci ildə "zadəganlar”la Çempionlar Liqası kubokunu başı üzərinə qaldırıb. İngiltərə millisində 78 oyuna 6 top vuran Cey Ti ötən mövsüm "Aston Villa”da 36 matçda forma şansı qazanaraq 1 qolla yadda qalıb.
Fanat.Az