“Barselona”nın futbolçusu Usman Dembele ilə müqaviləni yeniləyəcəyi dəqiqləşib.
Fanat.Az “Diario Sport”a istinadən xəbər verir ki, tərəflər arasında gələn həftə 5 illik anlaşma imzalanacaq.
Fransalı yarımmüdafiəçi maaşının azaldılmasına razılaşıb.
Qeyd edək ki, 2017-ci ildən "Barselona"da çıxış edən Dembele bu mövsüm İspaniya Primyerasında 5 oyuna çıxaraq 2 məhsuldar ötürmə ilə yadda qalıb.