Debütantı "zirvədən atdılar"

Debütantı "zirvədən atdılar"

Dünən futzal üzrə ölkə çempionatının Yüksək Liqasında V turun oyunları keçirilib.

 

Fanat.Az xəbər verir ki, tur əzəli rəqiblərin dueli ilə başlayıb. Bol qollu EKOL "Neftçi” görüşündə birincilər sevinib. Günün ikinci oyunu da yetərincə gərgin alınıb. "FK.İD.Futsal” ilə "Xəmsə” arasındakı görüşdə qalib müəyyənləşməyib.

 

Tura son çempion "Araz”la bu oyuna qədər turnir cədvəlinin zirvəsində yer alan "Marafon Futsal”ın qarşılaşması ilə yekun vurulub. 4-cü qələbəsini qazanan "Araz” "Marafon Futsal”ın liderliyinə son qoyub. 
 

EKOL – "Neftçi” İK – 5:3 
Qollar: S. Məstiyev, 6:25, S. Həmzəyev, 11:06, 37:40, F. Atakişiyev, 16:52, N. Məmmədkərimov, 27:20 – D. Xolerdi, 9:46, S. Cavid, 28, M. Eybeli, 38:26
 

"Xəmsə” - "FK.İD.Futsal” – 2:2
Qollar: Q. İsmayılov, 29, Y. Ağakərimzadə, 30:30 – N. İsmayılov, 25:57, A. Ağayev, 26:53
 

"Araz” – "Marafon Futsal” – 4:2
Qollar: Q. Bastos, 7:30, 9:23, T. Thaqo, 26:28, 39:44 – R. Sultanov, 3:49, R. Fərzəliyev, 35:20 (öz qapısına)

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər