"Roma"nın baş məşqçisi Daniele De Rossi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən matçda "Brayton" üzərində qazandıqları qələbəni (4:0) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" onun dediklərini belə çatdırıb:
"Biz "Roma"nın qazanmalı olduğu oyunları qələbə ilə başa vururuq. Burada xüsusi nəsə etməmişəm. Hər şey olmalı olduğu kimidir. Çox xoşbəxtəm. Futbolçularımızın çox istedadlı olduqlarını ilk gündən demişəm. Əla heyətimiz var və buna görə də qələbə qazanırıq.
Oyunda xoşuma gələn çox şey oldu. Ancaq ikinci hissədə topu özümüzdə daha yaxşı saxlaya bilərdik".
Qeyd edək ki, "Olimpiko"da darmadağına imza ataraq cütün taleyini böyük ölçüdə həll edən "canavarlar" cavab qarşılaşmasına martın 14-də çıxacaqlar.
Nihat