David Moyes Yarmolenkanı "göyə qaldırdı"

David Moyes Yarmolenkanı "göyə qaldırdı"

"Vest Hem" klubunun baş məşqçisi Devid Moyes komandanın yarımmüdafiəçisi Andrey Yarmolenkonun Avropa Liqasındakı çıxışını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "Sky Sports" yaşlı mütəxəssisin ukraynalı futbolçu barədə dediklərini belə çatdırıb: “Son iki oyunda o, iki vacib qol vurub. Onun ustalığına şübhəm yoxdur. Andrey həqiqətən yaxşı futbolçudur və həmişə belə olub. Onun oyunumuza verdiyi töhfədən, komandaya kömək etməsindən məmnunuq”.

Xatırladaq ki, "Vest Hem" AL-in 1/8 final mərhələsində "Sevilya" klubunu yarışdan kənarlaçdıraraq növbəti mərhələyə adlayıb. İngiltərə təmsilçisi 1/4 finalda "Lion" klubu ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər