Almaniya kubokunda ilk finalçı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ilk yarımfinal görüşü “Frayburq”la “Leypsiq” arasında baş tutub.
Qonaqlar bu oyunda darmadağınla qalib gələrək finala yüksəliblər.
Digər finalçı sabah keçiriləcək “Ştutqart” - “Ayntraxt” matçında müəyyənləşəcək.
Almaniya kuboku Yarımfinal 2 may
Frayburq – Leypsiq 1:5 Qol: Qreqoriç, 75 – Olmo, 13. Henriks, 14. Soboslai, 37; 90+7. Nkunku, 45+1.
3 may
22:45. Ştutqart - Ayntraxt