"Bəxtimiz gətirmədi. Epiozodlara izləsək, rəqibdən üstün olduğumuzu görərik. Öz səhvlərimiz də oldu. Ümumi baxsaq, bəxt bizdən üz döndərdi".
Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın ispan yarımmüdafiəçisi Dani Kintana deyib.
Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-i qəbul edən Ağdam təmsilçisi 2:2 hesablı heç-heçəyə razılaşıb. Meydan sahiblərinin ilk qolunu vuran legioner fasilədə baş məşqçi Qurban Qurbanovun yetirmələrinə eyni oyunu sərgiləmək tapşırığı verdiyini vurğulayıb: "Qol buraxandan sonra istər-istəməz əhvalına təsir edir. İlk hissəni pis keçirmədik. Baş məşqçi eyni tərzdə oynamağa davam etməli olduğumuzu dedi. Qeyri-adi nəsə bildirmədi".
Hücumameyilli orta xətt oyunçusu nəticədən razı qalmadıqlarını söyləyib: "Nəticədən əlbəttə ki, razı qala bilmərik. Hadisələrin necə inkişaf etdiyini nəzərə alsaq, bəlkə də, nəsə deyə bilərik. Amma cavab matçı da var. Kiprə qalib ruhu ilə yollanmalıyıq ki, müsbət nəticə ilə qayıdaq”.
Fanat.Az