"Dani Alves DÇ-də oynaya bilər" - Kafu

"Dani Alves DÇ-də oynaya bilər" - Kafu

Braziliya millsinin və "Milan" klubunun sabiq müdafiəçisi Kafu "Barselona"ya geri dönən müdafiəçi Dani Alveş barədə fikir bildirib.

Fanat.Az xəbər verir ki, 51 yaşlı mütəxəssis bu barədə "El Nacional" nəşrinə açıqlama verib: "Dani müdafiədə məndən daha yaxşıdır. Onun təcrübəsi kluba çox şey verəcək. Yaşına baxmayaraq, Alveş əla fiziki formadadır. O, hətta Qətərdə keçirilən dünya çempionatında da oynaya bilər. Bu, "Barselona" üçün əla seçimdir" 

Xatırladaq ki, Braziliya millisinin heyətində Kafu iki dəfə dünya çempionu olub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər