Daha bir ulduz Çinə satıldı - 88 milyona

Daha bir ulduz Çinə satıldı - 88 milyona
Daha bir ulduz futbolçu Çinə gedir. Fanat.az xəbər verir ki, "Çelsi" və "Liverpul"un heyətinə qatmaq istədiyi deyilən Aleks Teyşeyra "Jianqsu Suninq"a keçir.
"ESPN Brezilya"nın iddiasına görə, klub onun üçün "Şaxtyor"a 50 milyon avro (88 milyon 745 min manat) təklif edib. Artıq baş məşqçi Mirça Luçesku da transferə razılıq verib.
Rumın mütəxəssis bir qədər əvvəl verdiyi açıqlamada xəbəri təsdiqləyib: "Düzdü, Alek Teyşeyranı Çinə satdıq. Karyerasını "Jianqsu Sunninq"də davam etdirəcək. 
Qeyd edək ki, 2009-cu ildən "Şaxtyor"da çıxış edən futbolçu 222 oyunda 89 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər