Daha bir "danışılmış oyun" şübhəsi

Daha bir "danışılmış oyun" şübhəsi

Belçikanın "Federbet" bukmeker kontoru "danışılmış oyun"la bağlı yeni ittiham irəli sürüb.

Sport7.az xəbər verir ki, belçikalılar Rusiyanın "Ural" və Rumıniyanın "Astra" komanları arasındakı yoxlama görüşündən şübhələniblər. Həmin oyun yanvarın 22-də, Cənubi Kiprdə keçirilib.

İlk hissəsi 1:1 hesabıyla başa çatan oyunun gedişində görüşün bolqollu keçəcəyinə xeyli pul qoyuluşu edilib. Fasilədən sonra daha 4 qol vurulub və görüş rumınların 4:2 hesablı qələbəsiylə yekunlaşıb.

"Ural" rəhbərliyi ittihamları yaxına buraxmır və görüşün yoxlama xarakterli olduğundan əvəzetmələrin çoxluğunu, bu səbəbdən də qollar vurulduğunu önə çəkirlər.

Xatırladaq ki, bu "Ural"ın adı hallanan ilk hadisə deyil. Ötən ilin oktyabrında "Ural" - "Terek" qarşılaşmasıyla bağlı da ittihamlar səslənmişdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər