Daha bir klubda Müşahidə Şurası yaradılıb. Fanat.az хəbər verir ki, artıq "Turan Tovuz"u bundan sonra Müşahidə Şurası idarə edəcək.
Milli olimpiya növləri üzrə milli komandaların təlim-məşq mərkəzinin direktoru, veteran futbolçu Oqtay Abdullayev şuranın sədri, Tovuz rayon İcra Hakimiyyətinin Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaşar İbrahimov, iş adamı Oqtay Hümbətov, veteran futbolçu Zahid Əsgərov və Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri Ramiz Allahverdiyev şuranın üzvləri seçilib.
Azərbaycan millisinin və "Turan"ın sabiq hücumçusu Nadir Nəbiyev icraçı direktor təyin edilib.
Fanat.az