"Mançester Siti"nin əsas transfer hədəflərindən olan Maykl Olise karyerasını digər İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Inews" yayıb.
Xəbərə görə, "Kristal Pelas"ın vingerinin "Mançester Yunayted" də maraqlıdır.
Daha öncə "şəhərlilər"in Olisenin klubuna 69 milyon avro ödəməyə hazır olduğu barədə informasiyalar yayılmışdı.
Qeyd edək ki, cari mövsüm "Kristal Pelas"ın heyətində İngiltərə Premyer Liqasında 11 matça çıxan 22 yaşlı Maykl 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nahid Məmmədov