Daha bir ərəb klubu Ronalduya elçi düşdü

Daha bir ərəb klubu Ronalduya elçi düşdü

"Mançester Yunayted"lə yolları ayrılan Kriştianu Ronalduya Səudiyyə Ərəbistanından daha bir elçi çıxıb. 

Fanat.Az xəbər verir ki, portuqaliya ulduz "Əl-Hilal" klubunun maraq dairəsindədir. 

Məlumatı "Sky Sports" yayıb. 

Xəbərə görə, "Əl-Hilal" Ronaldunun transferini reallaşdırsa, hücumçusu Odiona İqalonu satışa çıxaracaq. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu da Ronaldunu almaq istəyir. Ötən yay portuqaliyalı forvarda mövsümlük 121 milyon avro əməkhaqqı ilə, 2 illik anlaşma təklif edilsə də, Ronaldu bu çağırışı geri çevirərək Avropada oynamağı üstün sayıb. "Əl-Nəsr" rəhbərliyinin 37 yaşlı forvardı yenə diqqət mərkəzində saxladığı və ona yeni təklif göndə biləcəyi qabardılıb

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər