Daha bir dünya ulduzu Çində - ildə 30 milyon maaş

Daha bir dünya ulduzu Çində - ildə 30 milyon maaş

Daha bir ulduz futbolçu karyerasını Çində davam etdirəcək. Fanat.Az xəbər verir ki, "Çelsi"nin ulduzu Dieqo Kosta Asiya ölkəsinə üz tutub.

"El Larguero"nin iddiasına görə, Kosta "Tianjin Quanjian" klubuna keçib. Məlumatda bildirilir ki, ispaniyalı futbolçu Londonda Çin klubunun rəsmiləri ilə görüşərək ilkin protokol imzalayıb. O, bu klubda Fabio Kannavaronun rəhbərliyi altında Aleksandre Pato və Aksel Vitsellə birlikdə oynayacaq.

İddia olunur ki, "Tianjin Quanjian" bu transfer üçün "Çelsi"yə 90 milyon avro ödəyəcək. Kosta özü isə ildə 30 milyon avro qazanacaq.

Qeyd edək ki, 2010-cu ildə Kostanı "Real Valyadolid"dən 1 milyon avroya alan "Atletiko" 4 il sonra onu "Çelsi"yə 38 milyon avroya satmışdı.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər