Dadaşovun vurduğu qol “Hatayspor”a bəs etmədi

Dadaşovun vurduğu qol “Hatayspor”a bəs etmədi

Türkiyə Super Liqasında 13-cü tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk gündə 4 görüş baş tutub.

“İstanbulspor” evdə “Hatayspor”a qalib gəlib. Hataylıların heyətində 90 dəqiqə meydanda olan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov komandasının yeganə qoluna imza atıb. O, 90+7-ci dəqiqədə sarı vərəqə də alıb.

“Qaziantep” “Ankaragücü” ilə ev oyunundan məğlub ayrılıb, “Konyaspor” isə “Kasımpaşa”ya qalib gəlib.

“Qalatasaray” da “Alanyaspor” ilə oyunda darmadağına sevinib.

Türkiyə Super Liqası 13-cü tur 25 noyabr

İstanbulspor – Hatayspor 2:1 Qollar: Loşay, 26. Mamadu, 79 – Dadaşov, 48-pen.

Qaziantep – Ankaragücü 0:1 Qol: A.Uludağ, 45+4.

Konyaspor – Kasımpaşa 2:0 Qollar: Çikalleşi, 64. Gilyerme, 77.

Qalatasaray – Alanyaspor 4:0 Qollar: İkardi, 37. Mertens, 45; 59. Zaha, 70.

26 noyabr

14:30. Kayserispor – Adana Dəmirspor 17:00. Antalyaspor – Rizəspor 17:00. Samsunspor – Beşiktaş 20:00. Fənərbaxça – Fatih Karagümrük

27 noyabr

21:00. Başakşəhər – Pendiskpor 21:00. Sivasspor - Trabzonspor

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər