Dadaşovlu “Qrasshopper” lideri 4 qolla yendi

Dadaşovlu “Qrasshopper” lideri 4 qolla yendi

Futbol üzrə İsveçrə çempionatında 30-cu turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda lider “Yanq Boyz”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.

Renat da bu görüşün iştirakçısı olub. O, 67-ci dəqiqədə meydana buraxılıb.

“Qrasshopper” 30 turdan sonra 40 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər