DÇ-yə ev sahibliyi edəcək ölkə bəlli oldu

DÇ-yə ev sahibliyi edəcək ölkə bəlli oldu

2023-cü ilin klublararası dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək.

Fanat.Az xəbər verir ki, turnirin dekabr ayında təşkil olunacağı bildirilir.

Bu, 2030-cu il dünya çempionatına ev sahibliyi etmək istəyən ölkə üçün XXI əsrdə ilk FİFA turniridir. 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı 2030-cu il dünya çempionatına ev sahibliyi etmək iddiasındadır. Yaxın Şərq dövləti bunun üçün Yunanıstan və Misirlə birgə ərizə vermək niyyətindədir.

2022-ci ilin klublararası dünya çempionatı Mərakeşdə keçirilib və “Real”ın qələbəsiylə yekunlaşıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər