DÇ: Güləşçimizi finala buraxmadılar

DÇ: Güləşçimizi finala buraxmadılar

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 62 kq çəki dərəcəsində 1/4 finalda qırğızıstanlı Dilnaz Sazanovaya 9:7 hesabı ilə qalib gələn idmançımız finala gedən yolda Hindistan təmsilçisi Devil Sancu ilə qarşılaşıb.

Rəqibinə 5:8 hesabı ilə məğlub olan Soltanova finala çıxa bilməyib. O, bürünc medal uğrunda güləşəcək.

Təsnifat mərhələsində Otqontuya Çinbolda (Monqolustan) 2:12 hesabı ilə uduzan Elnurə Məmmədova (53 kq) rəqibi finala çıxmadığı üçün mübarizəni dayandırıb. 1/4 finalda Amina Kapezana (Rumıniya) 1:3 hesabı ilə məğlub olan Nigar Mirzəzadə (63 kq) də eyni aqibətlə üzləşib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər