DÇ: Daha 2 qadın güləşçimiz məğlub oldu

DÇ: Daha 2 qadın güləşçimiz məğlub oldu

Azərbaycanın daha iki qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında məğlub olub.

Fanat.Az xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən Elnurə Məmmədova təsnifat mərhələsində rumıniyalı Andrea Anaya uduzub.

62 kq-dakı Elis Manolova eyni raundda venesuelalı Natali Qrimana yenilib.

Onlar rəqibləri finala çıxacağı təqdirdə sabah təsəlliverici qarşılaşmalara qatılacaqlar.

Qeyd edək ki, daha əvvəl Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), və Birgül Soltanova (65 kq) yarışı medalsız bitiriblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər