DÇ-2023: Yarımfinal cütləri müəyyənləşdi

DÇ-2023: Yarımfinal cütləri müəyyənləşdi

Qadınlar arasında futbol üzrə dünya çempionatının DÇ-2023-ün 1/4 final mərhələsinin oyunları başa çatıb.

Fanat.Az xəbər verir, artıq mundialın yarımfinal cütləri bəllidir.

1/2 finalda İspaniya İsveçlə, İngiltərə isə Avstraliya ilə üz-üzə gələcək. İspaniya seçməsi Skandinaviya təmsilçisi ilə avqustun 15-də, ingilislər isə meydan sahibləri ilə 16-da qarşılaşacaqlar. 

Qeyd edək ki, iyulun 20-də başlayan mundiala Avstraliya və Yeni Zelandiya ev sahibliyi edir. Turnirin final qarşılaşması avqustun 20-də baş tutacaq. Qadınlar arasında son dünya çempionatının qalibi ABŞ yığmasıdır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər