DÇ-2023: İsveç Yaponiyanı yenib yarımfinala yüksəldi

DÇ-2023: İsveç Yaponiyanı yenib yarımfinala yüksəldi

Bu gün qadınlar arsında futbol üzrə dünya çempionatının - DÇ-2023-ün 1/4 final mərhələsinin oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, Yeni Zelandiyanın Oklend şəhərindəki "Eden Park" stadionunda İsveç və yaponiya milliləri üz-üzə gəliblər.

Görüş İsveçin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Skandinaviya təmsilçisi yarımfinalda İspaniya ilə üz-üzə gələcək.

11 avqust Qadınlar arasında DÇ-2023

Yaponiya - İsveç 1:2

Qollar: Honoki Hayasi, 87 - Amanda İlestedt, 32. Filippa Angeldal, 51.

Qeyd edək ki, iyulun 20-də start götürən mundial Avstraliya və Yeni Zelandiyada keçirilir. DÇ-2023 avqustun 20-nə qədər davam edəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər