DÇ-2023: İngiltərə Çinə divan tutdu

DÇ-2023: İngiltərə Çinə divan tutdu

Qadınlar arasında futbol üzrə dünya çempionatının - DÇ-2023-ün 3-cü turu çərçivəsində Çin və İngiltərə milliləri qarşılaşıblar.

Fanat.Az xəbər verir ki, oyun İngiltərənin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı matçın 4-cü dəqiqəsində britaniyalıların hücumçusu Alessiya Russo açıb. İngiltərənin digər qollarına Loren Hemp, Loren Ceyms (2), Kloi Kelli və Reyçel Deyli imza atıblar. Çinin təsəlli qolunu isə 57-ci dəqiqədə Vanq Şuan penaltidən vurub.

Xatırladaq ki, DÇ-2023 Yeni Zelandiya və Avstraliyada keçirilir. İyulun 20-də start götürən mündial avqustun 20-nə qədər davam edəcək. Turnirin son qalibi ABŞ millisidir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər