DÇ-2023: İkinci finalçı da müəyyənləşdi

DÇ-2023: İkinci finalçı da müəyyənləşdi

Bu gün qadınlar arasında futbol üzrə dünya çempionatının - DÇ-2023-ün növbəti yarımfinal matçı keçirilib.

Fanat.Az xəbər verir ki, Sidneydəki "Avstraliya" stadionunda meydan sahibi Avstraliya İngiltərə yığması ilə üz-üzə gəlib.

Oyun ingilislərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.  

Britaniya təmsilçisi finalda İspaniya seçməsi ilə qarşılaşacaq. Həlledici matç avqustun 20-də keçiriləcək. 

Qadınlar arasında DÇ-2023 Avstraliya - İngiltərə 1:3 Qollar: Sem Kerr, 63 - Ella Tun, 36. Loren Hemp, 71. Alessiya Russo, 86

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər