DÇ-2022: Yeddi federasiyadan imtina qərarı

DÇ-2022: Yeddi federasiyadan imtina qərarı

İngiltərə, Uels, Belçika, Danimarka, Almaniya, Niderland və İsveçrə FİFA-nın xəbərdarlığından sonra DÇ-2022-də “One Love” yazılan kapitanlıq sarğısı taxmaqdan imtina ediblər.

Fanat.Az xəbər verir ki, bu barədə sözügedən ölkələrin federasiyaları birgə bəyanat yayıblar.   Bəyanatda bildirilib ki, qərar barədə milli komandaların kapitanları da məlumatlandırılıb:   “FİFA açıq şəkildə bildirdi ki, kapitanlarımız meydançada göy qurşağı sarğısı taxarsa, idman sanksiyaları tətbiq ediləcək. Milli federasiyalar olaraq biz futbolçularımızı idman sanksiyaları, o cümlədən xəbərdarlıqlarla üzləşə biləcək vəziyyətə sala bilmərik. Ona görə də, kapitanlardan dünya çempionatı oyunlarında onları geyinməmələrini xahiş etdik”.   Bəyanatda federasiyaların FİFA-nın hərəkətlərindən məyus olduqları və “One Love”ni başqa yollarla dəstəkləyəcəkləri vurğulanıb.   Qərara əsasən, kapitanlar meydana “One Love” kapitanlıq sarğısında çıxsalar, oyunun startından əvvəl sarı vərəqə alacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər