DÇ-2022: Püşkatmanın tarixi müəyyənləşdi

DÇ-2022: Püşkatmanın tarixi müəyyənləşdi

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasiminin tarixi məlum olub. 

Fanat.Az xəbər verir ki, tədbir gələn il aprelin 1-də təşkil olunacaq. Bu barədə ESPN məlumat yayıb.    Xatırladaq ki, bir neçə gün öncə DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində pley-offun püşkatma mərasiminin vaxtı da bəlli olmuşdu. Bu tədbir noyabrın 26-da İsveçrənin Sürix şəhərində keçiriləcək.   Yarışın təsnifat mərhələsi bu ilin noyabr ayında başa çatacaq. Pley-off mərhələsinin matçlarının növbəti il 24-29 mart tarixlərində keçirilməsi planlaşdırılır.   DÇ-2022-nin final mərhələsi isə 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər