DÇ-2022: İran yığmasında ciddi itki

DÇ-2022: İran yığmasında ciddi itki

İran millisi Qətərdəki dünya çempionatında İngiltərəyə qarşı keçirdiyi B qrupunun ilk tur oyununda ciddi itki ilə üzləşib.

Fanat.Az xəbər verir ki, Asiya təmsilçisinin qapıçısı Əlirza Beyrənvand bu matçda ciddi zədə alıb.

Komanda yoldaşı ilə toqquşmadan sonra burnundan xəsarət alan qolkiper matçı davam etdirə bilməyib. Meydanı xərəkdə tərk edən Beyrənvand 19-cu dəqiqədə Hüseyn Hüseyni ilə əvəzlənib.

Xatırladaq ki, Beyrənvand meydanı tərk edəndən sonra İran yığması 6 qol buraxıb və 2:6 hesablı məğlubiyyətə üzülüb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər