DÇ-2022: Mbappe ən yaxşı seçildi

DÇ-2022: Mbappe ən yaxşı seçildi

Fransa millisi DÇ-2022-də qrup mərhələsinin I turunda Avstraliya yığmasını 4:1 hesabı ilə məğlub edib. 

Fanat.Az xəbər verir ki, matçın ən yaxşı futbolçusu bəlli olub. 

Bu ada Kilian Mbappe layiq görülüb. Fransalı forvard matçda 1 qol vurub  və 1 məhsuldar ötürmə edib. 

Qeyd edək ki, oyunda ilk qolu Avstraliya tərəfi vurub. 9-cu dəqiqədə Kreyq Qudvin hesabı açıb. 27-ci dəqiqədə Adrian Rabyo tarazlığı bərpa edib. 32-ci dəqiqədə Olivye Jiru Fransanı hesabda önə keçirib. 68-ci dəqiqədə Kilian Mbappe fərqlənib. 3 dəqiqə sonra isə Kilianın ötürməsini Olivye Jiru qola çevirib. 

Bu nəticədən sonra Fransa yığması 3 xalla turnir cədvəlinə başçılıq edir. Danimarka və Tunis hərəyə 1 xalla 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Avstraliya isə sonuncu pillədə qərarlaşıb.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər