DÇ-2018-in mükafat fondu artırılıb

DÇ-2018-in mükafat fondu artırılıb

FİFA dünya çempionatının mükafat fondunu artırıb.

 

Fanat.Az xəbər verir ki, Hindistanda keçirilən şurada DÇ-2018-in mükafat fondu təsdiqlənib. Rusiyada baş tutacaq mundialda mükafat fondu ümumilikdə 400 milyon dollar olacaq. Məbləğin iştirakçılar arasında necə bölünəcəyi isə hələ dəqiqləşməyib. Dəqiq olan budur ki, Bu isə 2014-cü ildə keçirilən dünya çempionatı (358 milyon) ilə müqayisədə 12 faiz çoxdu. 

 

DÇ-2014-də çempion olan Almaniya yığması 35 milyon, finala qədər irəliləyən Argentina millisi isə 25 milyon  qazanmışdı. Bürünc mükafatçı Hollandiyaya 22 milyon, yarımfinala yüksələn digər komanda Braziliyaya isə 20 milyon dollar pul verilmişdi.

 

Digər yığmalar da mükafatsız qalmamışdılar. Qrupdan çıxa bilməyən komandalar 8 milyon, ¼ finalda mübarizəni dayandıran millilər isə 14 milyon dollar irəli düşmüşdülər.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər