"Cud nə vaxtsa indiki formasını itirəcək, həmin vaxt..." - Runi

"Cud nə vaxtsa indiki formasını itirəcək, həmin vaxt..." - Runi

İngiltərə millisinin sabiq forvardı Ueyn Runi "Real Madrid"in formasını geyinən 20 yaşlı ulduzdan - Cud Bellingemdən danışıb.

Fanat.Az xəbər verir ki, "Madrid Xtra" "Birmingem Siti"nin baş məqşçisinin İngiltərə seçməsinin istedadlı yarımmüdafiəçisi barədə dediklərini belə çatdırıb:

"Şübhəsiz, hazırda o, dünyanın ən yaxşı oyunçularından biridir. O, "Real"da yeni səviyyəyə çatıb. İndi Cud yaxşı formadadır, ancaq nə vaxtsa indiki formasını itirəcək. Həmin vaxt biz onu qınamalı deyilik. Bu, bütün futbolçuların başına gəlir".

Xatırladaq ki, Runi oktyabrın 11-dən "Birmingem Siti"nin baş məşqçisidir.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər