Coşqun debüt etdi, Bəxtiyar ehtiyatda qaldı

Coşqun debüt etdi, Bəxtiyar ehtiyatda qaldı

Türkiyənin 1-ci liqasında 1-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” ilk turda “Gənclərbirliyi”nin qonağı olub.

Futbolçumuzun komandası bu oyunda 1:2 hesabıyla uduzub. Diniyev bu oyuna start heyətində başlayıb və 80-ci dəqiqədə əvəzlənib.

Digər azərbaycanlı futbolçu – Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” isə ilk turda “Çorum”u qəbul edib və 0:3 hesabıyla uduzub. Həsənalızadə bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər