İngiltərə millisinin və "Çelsi"nin sabiq futbolçusu Con Terri məşqçiliyə başlayıb.
Fanat.Az xəbər verir ki, 37 yşlı veteran futbolçu "Aston Villa”ya köməkçi-məşqçi təyin olunub. O, bundan sonra komandaya yeni baş məşqçi təyin olunan Din Smitin köməkçisi vəzifəsində çalışacaq.
Qeyd edək ki, bir neçə gün öncə peşəkar futbolçu karyerasın sonlandıran sabiq müdafiəçi ötən mövsüm "Aston Villa”nın heyətində 36 oyunda iştirak edib və 1 qol vurub. İngiltərə Çempionşipində çıxış edən "Aston Villa” hazırda 15 xalla 15-ci pillədə qərarlaşıb.
Fanat.Az