Con Terri Atsunun ölümündən yazdı

Con Terri Atsunun ölümündən yazdı

"Çelsi"nin keçmiş futbolçusu Con Terri zəlzələ nəticəsində həyatını itirən "Hatayspor"un yarımmüdafiəçisi Kristian Atsunun ölümünə üzülüb. 

Fanat.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb: "Hüzur içində yat, mənim qardaşım".

Qeyd edək ki, zəlzələ fəkakəti baş verən 6 fevral tarixindən 1-2 gün sonra Türkiyə mətbuatında Atsunun dağıntılar altından sağ çıxarıldığı və sadəcə ayağında zədə olduğu barədə xəbərlər yayılmışdı. Lakin futbolçunun meneceri Kristianın adını xəstəxana qeydiyyatında tapa bilmədikləri və ondan səs-soraq olmadığını açıqlamışdı. Bu gün isə futbolçunun meneceri Murat Uzunmehmet Atsunun öldüyü təsdiqlənib. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər