"Chessable Masters": Məmmədyarov Karlsenə qarşı

"Chessable Masters": Məmmədyarov Karlsenə qarşı

Bu gün şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turu seriyasının dördüncü mərhələsi start götürəcək.

Fanat.Az xəbər verir ki, 16 şahmatçının qatıldığı "Chessable Masters" adlanan turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək.

İştirakçılar yarışın ilk dörd günündə dairəvi sistem üzrə mübarizə aparacaqlar. 15 turdan sonra ilk "səkkizlik" adını pley-off mərhələsinə yazdıracaq. 

Məmmədyarov I turda kanadalı Erik Hansenlə üz-üzə gələcək. Ardından M.Karlsenlə oynayacaq 37 yaşlı qrossmeyster III və IV turlarda müvafiq olaraq Yorden van Foreest (Niderland) və Abhimanyu Mişra (ABŞ) ilə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. 

"Chessable Masters" 

I tur Erik Hansen (Kanada) - Şəhriyar Məmmədyarov

II tur Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov

III tur Şəhriyar Məmmədyarov - Yorden van Foreest (Niderland)

IV tur Abhimanyu Mişra (ABŞ) - Şəhriyar Məmmədyarov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər