"Lester"in hücumçusu Ceymi Vardi İngiltərə Premyer Liqasının 20-ci turunda - "Liverpul"la oyunda (1:0) zədələnib.
Fanat.Az "Reuters"ə istinadən xəbər verir ki, diz bağlarından xəsarət alan futbolçu üç-dörd həftə komandasına kömək edə bilməyəcək.
34 yaşlı Vardi bu mövsüm bütün turnirlər daxil olmaqla 22 oyuna çıxıb. Bu qarşılaşmalarda 11 qol vuran forvard 1 məhsuldar ötürmə ilə yadda qalıb.