Ceydon Sançonun aqibəti necə oldu? - SON DURUM

Ceydon Sançonun aqibəti necə oldu? - SON DURUM

Səhhətində yaranan problem üzündən DÇ-2022-dən kənarda qalan və o vaxtdan bəri "Mançester Yunayted"in də oyunlarında iştirak etməyən Ceydon Sançonun son vəziyyəti bəllidir.

Fanat.Az  xəbər verir ki, "The Athletic" 22 yaşlı hücumçunun problemləri geridə qoyduğunu və artıq MY-nin kollektiv məşqlərinə qoşulduğunu bildirib.

Xəbərə görə, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq ona qarşıdakı turda forma şansı verməyi də planlaşdırır.

Qeyd edək ki, sözügedən futbolçu MY-yə 2021-ci ildə Dortmund "Borussiya"sından transfer olunub. Bu mövsüm İngiltərə çempionatında 10 matça çıxan Ceydon 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər