"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq vingeri Cessi Linqard karyerasını Asiyada davam etdirəcək.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, hazırda azad agent statusu daşıyan 31 yaşlı futbolçu Cənubi Koreya təmsilçisi "Seul" ilə 2 illik müqavilə imzalayacaq.
Son klubu "Nottinqem Forest" olan Linqard "Mançester Yunayted"dən başqa, "Vest Hem", "Derbi Kaunti", "Brayton" və "Lester"in də formasını geyinib.
Qeyd edək ki, sözügedən futbolçu İngiltərə millisində 32 oyuna çıxaraq 6 qola imza atıb.