Cerrard ingilis klubunun təklifini rədd etdi

Cerrard ingilis klubunun təklifini rədd etdi
"Reyncers"in baş məşqçisi Stiven Cerrard "Bristol Siti"nin təklifinə cavab verib.
Fanat.Az "Bristol Live"-yə istinadən xəbər verir ki, Cerrard Çempionşip klubunun təklifini qəbul etməyib. 40 yaşlı mütəxəssis "Reyncers"də özünü xoşbəxt hiss edir.
Cerrardın Qlazqo təmsilçisindən ayrıldıqdan sonra birbaşa "Liverpul"un başına keçmək istədiyi bildirilir.
Mənbənin məlumatına görə, "Bristol Siti"nin yeni baş məşqçisi daha öncə "Brayton", "Norviç" və "Birminqem"i çalışdırmış Kris Hyuton ola bilər.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər