Cengiz Ünder "Marsel"ə keçidindən danışdı

Cengiz Ünder "Marsel"ə keçidindən danışdı
"Roma"nın hücumçusu Cengiz Ünder icarə əsasında "Marsel"də çıxış edəcək. 
Fanat.Az xəbər verir ki, türk futbolçu Fransa klubuna keçidini şərh edib. 
"Frasanın ən gözəl şəhərinə salam olsun. "Marsel" azarkeşlərinə salam olsun. Biz çox əylənəcəyik", deyə 24 yaşlı oyunçu TMW-yə açıqlamasında deyib. 
Qeyd edək ki, 2017-ci ildə "Başakşəhər"dən "Roma"ya keçən Ünder ötən mövsümü icarə əsasında İngiltərənin "Lester" klubunda keçirib. 
Aygün
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər