Castin Qetji: "Həbib Nurməhəmmədovla döyüşməliyəm"

Castin Qetji: "Həbib Nurməhəmmədovla döyüşməliyəm"
Bu gün Ceksonvilldə keçirilən UFC 249 turnirində Toni Ferqyusonu vaxtından əvvəl məğlub edərək yüngül çəkidə müvəqqəti çempion tituluna sahib çıxan Castin Qetji açıqlama verib.
Fanat.Az xəbər verir ki, 5-ci raundda texniki nokautla qələbə qazanan idmançı mətbuat konfransında belə danışıb:
"Qalib gəlmək təbii ki, ürəyimcə oldu. Ancaq özümü çempion adlandıra bilmərəm. Həbib Nurməhəmmədovla qarşılaşmalıyam.  Onunla nə vaxt üz-üzə gələcəm? Bunu deyə bilmərəm. Hələ qələbəmdən zövq almaq istəyirəm”. 
Qeyd edək ki, Feryuson 2012-ci ildən bəri ilk yenilgisini alıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər