"Beşiktaş"ın oyunçusu Caner Erkin keçmiş həyat yoldaşı Asena Atalayın təzminat tələbini yerinə yetirib.
Fanat.Az xəbər verir ki, Asena uşağının təhsil, sağlamlıq və tətil xərclərini qarşılamadığı üçün Canerə 461 min lirəlik (təxminən 230 min manat) daha bir təzminat davası açıb.
Futbolçu eks-həyat yoldaşına illik 120 min lirə (təxminən 60 min manat) məbləğində olan təzminatı faizi ilə birlikdə 132 min 500 lirə (təxminən 67 min manat) şəklində ödəyib.
Qeyd edək ki, Caner Erkin ilin əvvəlində aktrisa Şükran Ovalı ilə ailə qurub.
Fanat.Az