Caka: "Nə olub, iki-üç oyunla mövsüm bitir?"

Caka: "Nə olub, iki-üç oyunla mövsüm bitir?"

"Arsenal"ın isveçrəli yarımmüdafiəçisi Qranit Caka (Granit Xhaka) komanda yoldaşlarını güclərini birləşdirməyə və tənqidçilərin londonluları "dağıtmasına" imkan verməməyə çağırıb.

Fanat.Az xəbər verir ki, "Standard" nəşri futbolçunun dediklərini belə çatdırır:

"Azarkeşlər bizi motivasiya edə bilərmi? Əlbəttə. Ancaq biz bir yerdə olmalıyıq. Çoxusu tənqidləri ilə oyunçuları və komandanı məhv etməyə çalışır. Buna görə də birlikdə olmaq vacibdir. Yalnız bu halda daha güclü olacağıq və nəticə göstərə biləcəyik. Hazırda bizi dayanmadan tənqid edirlər. Nə olub? Mövsüm iki-üç oyunla bitir?. Qarşıda hələ çox oyunlar var, əminəm ki, daha da güclənəcəyik".

Xatırladaq ki, tarixində ilk dəfə "Arsenal" heç bir qol vurmadan mövsümə ardıcıl iki məğlubiyyətlə başlayıb. Londonlular 1-ci turda "Brentford"a (0:2), 2-ci turda isə "Çelsi"yə (0:2) məğlub olub. Dünən "Çelsi" ilə derbi oyununda "Arsenal" öz azarkeşləri tərəfindən fitə basılmışdı.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər